Trabzonspor'dan daha bir transfer

  • 18 İyun 2021 09:22
  • 58

Türkiyənin “Trabzonspor” klubu növbəti transferini həyata keçirib.

Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi azad agent statusu daşıyan Fode Koytanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qvineyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Koyta 2021/22 mövsümündə 1 milyon 100 min, 2022/23 mövsümündə 1 milyon 150 min, 2023/24 mövsümündə isə 1 milyon 200 min avro məvacib alacaq. Bundan əlavə, 30 yaşlı futbolçu hər mövsüm üçün 333 min avro imza pulu da alacaq.

Qeyd edək ki, Fode Koyta 2016-cı ildən “Kasımpaşa”nın uğurları üçün çalışırdı. Qvineya yığmasında da oynamış hücumçu, daha öncə “Monpelye”, “Lans”, “Havr”, “Kan” və “Blekbern” klublarının da formasını geyinib.

“Trabzonspor” Koytadan öncə bu yay Jervinyo, Bruno Peres və Marek Hamşiki də transfer etmişdi.