Azarkeşlər Namik Ələskərovun oynamamasına etiraz edib

  • 14 Sentyabr 2021 16:56
  • 53

Türkiyənin "Bursaspor" klubunun azarkeşləri Namik Ələskərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.

Corner.az "Bursahakimiyet" nəşrinə istinadən xəbər verir ki, Bursa təmsilçisinin fanatları 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsinin doğru olmadığını bildiriblər.

"Timsahlar"ın baş məşqçsii Fatih Tekke 1:2 hesabı ilə uduzduqları matçda Azərbaycan millisinin üzvünə şans verməyib.