Əmrənin Messidən fərqi yoxdur

  • 13 Oktyabr 2021 11:57
  • 40

Türkiyənin “Fatih Karagümrük” klubunun prezidenti Süleyman Hurma maraqlı açıqlama verib.

Corner.az xəbər verir ki, yerli mətbuata açıqlama verən klub rəsmisi, komandanın 24 yaşlı futbolçusu Əmrə Morla argentinalı hücumçu Lionel Messi arasında bənzərlik olduğunu vurğulayıb:

“Mənə görə, Əmrənin Messidən fərqi yoxdur. Sadəcə zədələr ona karyerası çox uğurlu alınmağına imkan vermədi. İstədiyi səviyyəyə hələ çatmayıb. Biz onu dünya futbol bazarına çıxara bilərik”.

“Fatih Karagümrük” Əmrəni İspaniyanın “Selta” klubundan icarəyə götürüb.

O, bu mövsüm Super Liqada 3 oyuna çıxıb.