Ələskərov Bursaspor'un ən faydalı 2 futbolçusundan biridir

  • 19 Oktyabr 2021 23:06
  • 38

Türkiyənin “Bursaspor” komandasında bu mövsüm ən faydalı oyunçuların siyahısı açıqlanıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov vurulan qollara ən çox töhfə vermiş ikinci oyunçudur.
 
Aktivində 3 məhsuldar ötürmə olan 26 yaşlı futbolçu yalnız Massimo Brunodan geri qalır. Belçikalı vinger indiyədək 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
 
Bu yay “Neftçi”dən transfer olunan Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.