Ələskərov'un komandası qovduğu futbolçunu geri qaytardı

  • 1 Dekabr 2021 19:51
  • 46

Azərbaycan millisinin üzvü Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” klubu bir müddət əvvəl yollarını ayırdığı futbolçulardan Burak Altıparmakı yenidən geri qaytarıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Artıq tərəflər arasında razılıq əldə olunub. 
 
“Bursaspor” ötən həftə Altıparmakla yanaşı, Aykut Akgün və Cüneyt Közlə də yollarını ayırmışdı.