İsgəndərlinin komandasından inamlı qələbə

  • 16 Fevral 2022 21:44
  • 119

Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Balıkəsirspor”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda inamlı qələbə qazanıb - 3:1.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana buraxılıb.
 
“Keçiörengücü” 25 turdan sonra 31 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.