İstanbul derbisində heç-heçə

  • 8 May 2022 23:59
  • 68

Futbol üzrə Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

Turun mərkəzi oyunu İstanbulda keçirilib. İstanbul derbisində “Beşiktaş” doğma meydanda “Fənərbaxça” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

“Altay” – “Girəsunspor” matçında da oxşar nəticə qeydə alınıb. Səfərdə “Yeni Malatyaspor”un qonağı olan “Rizəspor” isə inamlı qələbəyə sevinib.

Türkiyə Super Liqası
36-cı tur

6 may

Hatayspor – Trabzonspor 1:1
Qol: M.Diuf, 90+6 – Djanini, 48.

Qaziantep – Kayserispor 1:1
Qol: Maksim, 27 – İ.Parlak, 26.

7 may

Sivasspor – Kasımpaşa 1:3
Qol: Feliks, 90+2 – E.Elmalı, 58. Eysserik, 73. U.Bozok, 77.

Fatih Karagümrük – Göztəpə 3:1
Qol: Borini, 31. E.Mor, 51. B.Bekaroğlu, 64 – Baku, 47.

Başakşəhər – Qalatasaray 0:0

Adana Dəmirspor – Alanyaspor 1:2
Qol: Belhanda, 32 – T.Sanuc, 20-öz qapısına. E.Akbaba, 76.

8 may

Altay – Girəsunspor 1:1
Qol: Kappel, 60 – U.Nayir, 30.

Yeni Malatyaspor – Rizəspor 1:3
Qol: R.Çağıran, 45+1 – A.Umar, 7. Y.Sarı, 10. Pohjanpalo, 64.

Beşiktaş – Fənərbaxça 1:1
Qol: Gezzal, 31-pen – Novak, 6.