İnter'in futbolçusu Barselona ilə oyunları buraxacaq

  • 26 Sentyabr 2022 13:02
  • 60

İtaliyanın "İnter" klubunun futbolçusu Marselo Brozoviç sıradan çıxıb.

Corner.az-ın məlumatına görə,  30 yaşlı yarımmüdafiəçi Xorvatiya yığmasının Avstriyanı 3:1 hesabı ilə məğlub etdiyi Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçında zədələnib. 

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç qarşılaşmadan sonra mətbuat konfransında təcrübəli oyunçunun 3-4 həftə yaşın meydanlardan kənarda qalacağını bildirib.

Bu isə o deməkdir ki, Brozoviç İspaniya "Barselona"sına qarşı UEFA Çempionlar Liqasının hər iki oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, "İnter" "Barselona"ya qarşı qrupdakı ilk oyununu oktyabrın 4-də səfərdə, növbəti gürüşünü isə oktyabrın 12-də evdə keçirəcək.