Qalatasaray'da növbəti itki

  • 27 Noyabr 2022 19:26
  • 60

Türkiyənin “Qalatasaray” klubu daha bir itki ilə üzləşib. Corner.az xəbər verir ki, “sarı-qırmızılar”ın son məşqində portuqaliyalı futbolçu Serjio Oliveyra sıradan çıxıb.
 
Topuğu burxulan 30 yaşlı yarımmüdafiəçinin durumuna bu gün keçiriləcək müayinədən sonra aydınlıq gələcək.
 
“Qalatasaray”ın heyətində Milot Raşiça, Matias Ross və Əmrə Taşdemir də zədədən əziyyət çəkir.