1/4 və yarımfinal mərhələsinin püşkü atıldı

  • 24 Yanvar 2023 16:36
  • 57

Futbol üzrə Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, 1/4 finalda İstanbul təmsilçilərindən "Fənərbaxça" "Kayserispor"la, "Qalatasaray" isə "Başakşehir"lə üz-üzə gələcək.

Son ölkə çempionu "Trabzonspor" "Ankaragücü"nu sınağa çəkəcəksə, "Sivasspor" "Qaziantep" səddini keçməyə çalışacaq.

Yarımfinalda "Fənərbaxça" - "Kayserispor" cütünün qalibi "Sivasspor" - "Qaziantep", "Qalatasaray" - "Başakşehir" matçının qalibi isə "Ankaragücü" - "Trabzonspor" cütünün güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək.

1/4 final qarşılaşmaları bir, yarımfinallar isə iki oyundan ibarət olacaq.