Qalatasaray'la oyunda bunu sübut etdik

  • 18 Mart 2023 14:15
  • 57

"İnanmaq uğurun yarısıdır deyirlər. Sübut etdik".

Corner.Az xəbər verir ki, bunu "Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının 26-cı turunda "Qalatasaray"a qalib gəldikləri matçdan sonra paylaşımında bildirib.

26 yaşlı hücumçu qələbə münasibəti ilə komandasını təbrik edib.

Qeyd edək ki, qarşılaşma "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan Emreli 79-cu dəqiqədə Oğulcan Ülgünlə əvəzlənib.