Atletiko'nun futbolçusu yenidən əməliyyat olundu

  • 22 May 2020 11:34
  • 22

“Atletiko”nun müdafiəçisi Şime Vrsalko əməliyyat olunub.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Madriddə əməliyyat olunan xorvatiyalı futbolçunun bir neçə gündən sonra fizioterapiya və bərpa məşqlərinə start veriləcəyi bildirilib.

 
Qeyd edək ki, Vrsalko sol dizindəki bu problemlə əlaqədar ötən il də əməliyyat olunmuş və 10 ay yaşıl meydanlardan uzaq qalmışdı.