La Liqa derbi ilə başlayır

  • 22 May 2020 13:21
  • 90

Koronavirus pandemiyasına görə dayandırılan La Liqanın hansı oyunla bərpa olunacağı müəyyənləşib.

Corner.az "Sport.es"ə istinadən xəbər verir ki, çempionat Əndəlüs derbisi ilə davam etdiriləcək. İyunun 12-də “Sevilya”nın “Betis”i qəbul edəcəyi bildirilib.

28-ci turun digər matçlarının təqvimi isə mayın 28-də açıqlanacaq. Qarşılaşmalar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, çempionatın iyunun 12-də bərpa olunacağını bir neçə gün əvvəl La Liqanın prezidenti Xavyer Tebas açıqlamışdı.(qol)