Barselona Vidal'la yollarını ayırdı

  • 15 Sentyabr 2020 16:25
  • 62

"Barselona" klubu futbolçusu Arturo Vidalla yollarını ayırıb. 

Corner.az  "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə müqaviləsini ləğv edib. Çilili futbolçu səhər saatlarında klubun bazasına gəlib, komanda yoldaşları ilə vidalaşıb daha sonra əşyalarını götürərək bazadan ayrılıb. 

O, günortadan sonra "İnter"ə keçidini tamamlamaq üçün Milana yola düşəcək.A.Vidal yeni komandasına azad agent kimi qoşulacaq. 

Qeyd edək ki, Arturo Vidal 2018-ci ildən "Barselona"da çıxış edirdi.


SON YÜKLƏNƏNLƏR

Lill'dən inamlı qələbə

26 Sentyabr 2020 09:47

PSJ-də yeni qapıçı

26 Sentyabr 2020 09:44

İnter'dən Sampdoriya'ya

26 Sentyabr 2020 09:42

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI