Real 34 illik antirekordu təkrarladı

  • 22 Oktyabr 2020 20:39
  • 83

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Şaxtyor"a məğlub olan "Real" öz tarixinin antirekordunu təkrarlayıb.

Corner.az xəbər verir ki, Donetsk təmsilçisinə 2:3 hesabı ilə uduzan "Kral" klubu  turnirdəki son 3-cü oyunda məğlub olub.

Paytaxt klubu sonuncu dəfə 1986-cı ildə bu halla üzləşmişdi.