İspaniya Superkubokun qalibi bəlli oldu

  • 17 Yanvar 2021 23:51
  • 47

İspaniya Superkubokun qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, həlledici görüşdə Barselona Atletik'lə üz-üzə gəlib. Oyun əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha əzmkar çıxış edən Bilbao təmsilçisi 3-cü dəfə Superkubokun sahibi olub. 

İspaniya Superkubok 

Barcelona 2:3 Atletik Bilbao

Qollar: A.Qrizmann , 40,77, Oskar de Markos 42, A.Villalibre 90, İ.Vilyams 94, 

Qırmızı vərəqə: L.Messi 120+1