Barselona futbolçuların maaşını ödəmir

  • 26 Yanvar 2021 21:50
  • 53

"Barselona" klubu futbolçuların dekabr ayı üçün maaşlarını ödəməyib.

Corner.az xəbər verir ki, bu barədə COPE nəşrinə məlumat yayıb.

Məlumatda bildirilir ki, Kataloniya klubunun oyunçuları ödəmələri iki tranşla alırlar - iyunda və dekabrda.

Bu dəfə likvidlik olmadığı üçün futbolçular dekabr ayının maaşını almayıblar. Bundan əvvəl “Barselona” 1,2 milyard avro borcunu və qısamüddətli 730 milyon avro borcunu elan edib.

La Liqa təmsilçisi 2019/2020 mövsümünü 488 milyon avro borcla başa vurublar və klub öz kreditorları ilə bu ödənişlərə möhlət verilməsi haqqında danışıqlar aparır. Klub koronavirus pandemiyasının büdcəyə göstərdiyini bildirib.

"Barselona" 19 görüşdə 37 xal yığıb və İspaniya Primerasının yarış cədvəlində üçüncü yer tutur.


SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI