Messi'dən daha bir rekord

  • 21 Fevral 2021 18:20
  • 69

"Barselona”nın hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
 
Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu buna İspaniya La Liqasının 24-cü turu çərçivəsində keçirilən “Kadis”lə ev oyununda nail olub.
 
Belə ki, argentinalı futbolçu Kataloniya klubunun heyətində La Liqada ən çox matça çıxan futbolçuya çevrilib. 1:1 hesabıyla bitən qarşılaşma Messinin karyerasında 506-cı La Liqa matçı olub.
 
Messii bu göstərici üzrə Xavinin əvvəlki rekordunu qırıb. İspaniyalı futbolçu 505 çempionat matçında iştirak edib.
 
Qeyd edək ki, Messi İspaniya çempionatında ilk oyununu 2004-cü ilin oktyabrında “Union Espanyola”ya qarşı keçirib.
 

SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI