Busqets üçün 400-cü matç

  • 22 Fevral 2021 15:08
  • 26

La Liqanın 24-cü turunda "Kadis"lə matç (1:1) "Barselona"nın futbolçusu Serxio Busqets üçün əlamətdar olub.

Corner.az La Liqanın rəsmi sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə yerli çempionatda 400-cü oyununu keçirib.

İspaniyalı futbolçu bütün turnirlər daxil olmaqla isə komanda ilə 611 matça çıxıb.

Qeyd edək ki, Busqets 2007-ci ildən "Barselona"da oynayır.


SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI