Barselona'dan unikal göstərici

  • 7 Mart 2021 10:47
  • 46

"Barselona” İspaniya La Liqasının 26-cı turunda “Osasuna”ya qalib gəlib.

Corner.az xəbər verir ki,  “El Sadar” stadionunda keçirilən oyun Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Jordi Alba və İlas Moriba vurub.

Bu qələbə ilə “Barselona” İspaniya çempionatları tarixində unikal göstərici göstərib. Belə ki, bir mövsümdə katalonların 19 yaşınadək üç futbolçusu -  Ansu Fati, Pedri  və Moriba  qol vurmağı bacarıb.

Qeyd edək ki,  “Barcelona” 56 xalla turnir cədvəlində ikinci sıradadır. 


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI