Karyeramı Real'da bitirmək istəyirəm - Kroos

  • 7 Mart 2021 11:12
  • 25

"Real"ın futbolçusu Toni Kroos klubdakı gələcəyindən danışıb.

Corner.az goal-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasına Madrid təmsilçisində son vermək niyyətində olduğunu deyib:"Hər oyunda bütün varlığımla oynamağa çalışıram. Ünvanına çatmayan verdiyim hər ötürmə məni bezdirir. Mükəmməlik üçün çalışıram. Baxmayaraq ki, ideallıq əl çatmazdır. Uzun illər bu cəhətdən işləmişəm. Hələ də davam edirəm. Karyeramı "Real"da bitirmək istəyirəm.


Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm La Liqada 22 matça çıxaraq, 2 qol vurub və 6 qolun ötürməsi ilə yadda qalıb.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI