La Liqa matçındakı irqçiliyə görə araşdırma başladı

  • 7 Aprel 2021 15:48
  • 26

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqada 29-cu turun "Kadis" - "Valensiya" matçında baş verənlərlə bağlı intizam işi açıb.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, buna qarşılaşmanın ilk hissəsinin 25 dəqiqə dayanması səbəb olub.

"Yarasalar"ın futbolçusu Muktar Dyakabi "Kadis"in futbolçusu "Kala" ləqəbli ispaniyalı futbolçu Xuan Torres Ruiz Qvineya tərəfindən irqçiliyə məruz qaldığını söyləyib. Dyakabinin ardınca komanda yoldaşları da hadisədən sonra meydanı tərk ediblər.

"Kala" ləqəbli futbolçu isə jurnalistlərə açıqlamasında rəqibini təhqir etmədiyini və ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu söyləyib.

Qeyd edək ki, qarşılaşma "Kadis"in 2:1 hesablı qələbəsi ilə bitib.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI