El Klasiko'nun qalibi - Real

  • 10 Aprel 2021 23:22
  • 74

İspaniya La Liqasında 30-cu turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, turun mərkəzi görüşündə “Real” doğma meydanda “Barselona”nı qəbul edib. La Liqada mövsümün son “El Klasiko”nu Xesus Gil Mansano idarə edib. Üç qolun qeydə alındığı derbi madridlilərin qələbəsiylə ilə başa çatıb.

"Xetafe" - "Kadis", "Eybar" - "Levante" matçlarında qonaqlar qələbə qazanıb. "Atletik" - "Alaves" görüşündə isə ümumiyyətlə qol vurulmayıb

İspaniya La Liqası, 30-cu tur

9 aprel

Hueska – Elçe 3:1
Qol
: Mir, 3; 88-pen. Ramires, 30 – Vavro, 4-öz qapısına.

10 aprel

Xetafe – Kadis 0:1
Qol
: Kopovi, 64-öz qapısına.

Atletik – Alaves 0:0

Eybar – Levante 0:1
Qol
: De Frutos, 45+2.

Real – Barselona 2:1
Qol
: Benzema, 13. Kroos, 28 – Minqesa, 60.