El Klasiko'nu qazanmağa layiq idik - Zidan

  • 11 Aprel 2021 10:45
  • 61

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 30-cu turunda “Barselona”ya qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“El klasiko”nu qazanmağa layiq idik. Benzema saf istedaddır. Onun qolu ilə hesabda önə keçdik. Üçüncü qolu da vurmaq istəyirdik. Lakin oyunun son dəqiqələrində artıq yorğunluq var idi. Sıx qrafikə görə fiziki durumumuz yaxşı deyil. Qarşıda oyunlarımız çoxdur.

Çempionluq mübarizəsi gərgin keçir. Hələ qarşıda oyunlar var, heç nə bitməyib. Üç xalın vacibliyini bilirdik. İndi diqqətimizi Çempionlar Liqasındakı “Liverpul”la oyuna yönəldəcəyik”.