Atletiko xal itirdi

  • 11 Aprel 2021 23:11
  • 61

İspaniya La Liqasında 30-cu turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, bazar günü “Vilyarreal” evdə “Osasuna”ya, “Valyadolid” isə “Qranada”ya məğlub olub. Dörd qolun qeydə alındığı “Valensiya” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. Lider “Atletiko” bu turda səfərdə “Betis”in qonağı olub. Madrid təmsilçisi bu görüşdə xal itkisi ilə üzləşib.

İspaniya La Liqası, 30-cu tur

9 aprel

Hueska – Elçe 3:1
Qol
: Mir, 3; 88-pen. Ramires, 30 – Vavro, 4-öz qapısına.

10 aprel

Xetafe – Kadis 0:1
Qol
: Kopovi, 64-öz qapısına.

Atletik – Alaves 0:0

Eybar – Levante 0:1
Qol
: De Frutos, 45+2.

Real – Barselona 2:1
Qol
: Benzema, 13. Kroos, 28 – Minquesa, 60.

11 aprel

Vilyarreal – Osasuna 1:2
Qol
: Qarsiya, 70 – Monkayola, 64. Budimir, 74.

Valensiya – Real Sosyedad 2:2
Qol
: Vass, 60-pen. Paulista, 73 – Gevara, 33. İsak, 45.

Valyadolid – Qranada 1:2
Qol
: Orelyana, 41-pen – Molina, 78. Kini, 86.

Betis – Atletiko 1:1
Qol
: Tello, 20 – Karrasko, 5.