Realın futbolçusu mövsümü bitirdi

  • 12 Aprel 2021 14:51
  • 41

İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Lukas Vaskes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın 30-cu turunun “Barselona” ilə matçında (2:1) zədələnən ispaniyalı mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, 29 yaşlı bu mövsüm La Liqada 24 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.