Atletiko onu itirdi

  • 12 Aprel 2021 21:52
  • 45

İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Joao Feliks sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb. La Liqanın 30-cu turunun “Betis”lə səfər matçında (1:1) zədələnən 21 yaşlı portuqaliyalı futbolçu azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Atletiko” La Liqada 67 xalla liderdir.