Real'ın futbolçusu üçün mövsüm bitdi

  • 30 Aprel 2021 09:40
  • 52

 “Real” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, "Kral" klubunun müdafiəçisi Dani Karvahal sıradan çıxıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumatda, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Çelsi” ilə ilk matçında (1:1) zədələnən 29 yaşlı futbolçunun mövsümün qalan hissəsini buraxmalı olacağı vurğulanıb.

Qeyd edək ki, Karvahal  bu mövsüm La Liqada 13 oyunda iştirak edib.