Barselona'dan çətin qələbə

  • 2 May 2021 23:28
  • 27

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub. 
 
“Valyadolid” – “Betis” matçında qalib müəyyənləşməyib. “Vilyarreal” doğma meydanda “Xetafe”yə minimal hesabla qalib gəlibsə, “Qranada” evdə “Kadis”ə uduzub.
 
 “Barselona” isə səfərdə “Valensiya”nın qonağı olub. Beş qolun qeydə alındığı oyunda qonaqlar çətin qələbə qazanıb.
 
İspaniya La Liqası
34-cü tur
30 aprel
 
Selta – Levante 2:0
Qol: Mendes, 51. Solari, 74.
 
1 may
 
Eybar – Alaves 3:0
Qol: Kike, 3; 50; 59.
 
Elçe – Atletiko 0:1
Qol: Lyorente, 23.
 
Hueska – Real Sosyedad 1:0
Qol: Elustondo, 87-öz qapısına.
 
Real – Osasuna 2:0
Qol: Militao, 76. Kazemiro, 80.
 
2 may
 
Valyadolid – Betis 1:1
Qol: Vayssman, 68 – R.Qarsiya, 49.
 
Vilyarreal – Xetafe 1:0
Qol: Pino, 79.
 
Qranada – Kadis 0:1
Qol: Sobrino, 39.
 
Valensiya – Barselona 2:3
Qol: Paulista, 50. Soler, 83 – Messi, 57; 69. Qrizmann, 63.