Messi karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırdı

  • 3 May 2021 09:01
  • 35

İspaniya La Liqasının 30-cu turunun matçında "Barselona" səfərdə "Valensiya" ilə qarşılaşıb.

Corner.az xəbər verir ki, “Mestalya” stadionunda keçirilən görüş qonaqların 3:2 hesabla qələbəsi yekunlaşıb. Həmin görüşdə “Barselona”nın hücumçusu Lionel Messi dubl edib, digər qolu isə Antuan Qrizman qeyd edib.

Argentinalı hücumçu qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb.

Messi İspaniya çempionatının cari mövsümündə keçirdiyi 32 görüşdə 28 qol vurub və 11 məhsuldar ötürmə edib.