Barselona Dembeleyə ultimatum verəcək

  • 10 İyun 2021 14:19
  • 52

“Barselona” klubu hücumçu Osman Dembelenin gələcəyi ilə bağlı qərarını tez verməsini istəyir.

Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı futbolçuya yeni müqavilə təklif etsə də, Dembele hələ qərarını verməyib. Bu barədə AS nəşri məlumat yayıb.

Məlumatda, “Barselona”nın Dembelenin qərarsızlığına görə ona ultimatum verəcəyi vurğulanıb. Belə ki, fransalı  futbolçu ya klubun təklif etdiyi müqavilə şərtləri ilə razılaşmalı, ya da müqavilə imzalamayacağını qısa zamanda rəhbərliyə bildirməlidir.

Dembelenin “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.