David Alaba forma nömrəsini seçdi

  • 21 İyul 2021 17:37
  • 28

"Real”ın yeni transferi David Alabanın forma nömrəsi bəlli olub.

Corner.az klubun saytına istinadən xəbər verir ki, avstriyalı müdafiəçi Madrid komandasında 4 nömrəli formada çıxış edəcək.

Alaba “Real”la müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalayıb.

“Real”da daha əvvəl 4 nömrəli formanı bir müddət əvvəl klubu tərk edən Serxio Ramos geyinirdi.