Atletiko uduzdu, Real xal itirdi

  • 26 Sentyabr 2021 01:53
  • 37

 İspaniya La Liqasında 7-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
 
Turun açılış matçında “Atletiko” səfərdə autsayder “Alaves”in qonağı olub. Son çempion bu oyunda məğlubiyyətlə üzləşib.
 
Lider “Real” bu turda doğma meydanda “Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Lakin Madrid təmsilçisi də turu xal itkisi ilə başa vurub.
 
“Valensiya” – “Atletik” matçı da heç-heçə bitib. “Sevilya” isə “Espanyol”a qalib gəlib.
 
İspaniya La Liqası
7-ci tur
25 sentyabr
 
Alaves – Atletiko 1:0
Qol: Laquardiya, 4.
 
Valensiya – Atletik 1:1
Qol: M.Andre, 90+5 – Martines, 69.
 
Sevilya – Espanyol 2:0
Qol: En Nesiri, 13. Mir, 87.
 
Real – Vilyarreal 0:0