Barselona'da ciddi itki - ÇL-sı matçını buraxacaq

  • 13 Oktyabr 2021 17:29
  • 39

İspaniya milli komandasının düşərgəsində sıradan çıxan Pedrinin son durumu bəlli olub.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” klubunda çıxış edən 18 yaşlı yarımmüdafiəçi zədə səbəbindən Kataloniya təmsilçisinin qarşıdakı iki oyununda çıxış etməyəcək.

Pedri La Liqada “Valensiya”, Çempionlar Liqasında isə Kiyev “Dinamo”suyla (Ukrayna) keçiriləcək matçlarda iştirak etməyəcək.