Barselona daha bir sabiq futbolçusunu geri qaytardı

  • 24 Noyabr 2021 19:38
  • 84

"Barselona”nın sabiq futbolçusu, hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Boyan Krkiç şərhçiliyə başlayıb.

Corner.az xəbər verir ki, zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanan 31 yaşlı hücumçu, “Barça” TV-də şərhçiliyə başlayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan futbolçu 2007-2011-ci illərdə “Barselona”da çıxış edib. Krkiç daha əvvəllər də şərhçiliylə məşğul olub.