Barselona'nın futbolçusu əməliyyat olunacaq

  • 2 Dekabr 2021 10:16
  • 55

“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto əməliyyat olunacaq.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kataloniya təmsilçisi 29 yaşlı futbolçunun yaxın günlərdə Finlandiyada cərrahiyyə əməliyyatı olacağını açıqlayıb.

Son oyunları zədə səbəbindən buraxmaq məcburiyyətində qalan Serxi Roberto, bu mövsüm “Barselona”nın 12 matçında meydanda olub. İspaniyalı futbolçu bu görüşlərdə iki qol da vurub.