Real'ın futbolçusu karantinə alındı

  • 14 Yanvar 2022 13:13
  • 47

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Dani Karvahal koronavirusa yoluxub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin Covid-19 testinin nəticəsi pozitiv çıxıb.

İspan futbolçu dərhal karantinə alınıb.

Qeyd edək ki, Dani Karvahal 2013-cü ildən "kral klubu"nda çıxış edir.