Vilyarreal səfərdə uduzdu

  • 16 Yanvar 2022 22:10
  • 54

İspaniya La Liqasında 21-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
“Elçe” doğma meydanda “Vilyarreal”ı qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla qələbə qazanıb.
 
Bu tur keçirilməli olan “Barselona” – “Rayo Valyekano”, “Malyorka” – “Real Sosyedad”, “Atletiko” – “Levante” matçları təxirə salınıb. “Atletik” – “Real” matçı isə komandaların Super Kubok matçına görə daha əvvəl baş tutub.
 
İspaniya La Liqası
21-ci tur
16 yanvar
 
Elçe – Vilyarreal 1:0
Qol: Boye, 78.