İspaniyanın super'i - Real!

  • 17 Yanvar 2022 00:55
  • 89

İspaniya superkubokunun final oyunu keçirilib. Corner.az xəbər verir ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunmuş həlledici matçda "Real" və "Atletik" klubları üz-üzə gəlib.
 
Görüş "kral klubu"nun qələbəsi ilə başa çatıb. Bununla da “Real” tarixində 12-ci dəfə İspaniya superkubokunu qazanıb.
 
İspaniya superkuboku
Final
16 yanvar
 
Real – Atletik 2:0
Qol: Luka Modriç, 38. Kərim Benzema, 52-pen.