La Liqanı tərk edəcək ilk klub bilindi

  • 13 May 2022 13:18
  • 37

 İspaniya La Liqasını tərk edən ilk klub müəyyənləşib. Corner.az xəbər verir ki, “Levante” klubunun növbəti mövsümü Sequndada keçirəcəyi dəqiqləşib.
 
Valensiya təmsilçisi 36-cı turda səfərdə "Real"a 0:6 hesabı ilə məğlub olaraq elitayla vidalaşıb.
 
“Levante” mövsümün sonuna 2 tur qalmış 29 xalla sonuncu - 20-ci yerdədir.