Barselona'dan Real üzərində 100-cü qələbə

- 20 Mart 2023 11:54
- 60
İspaniya La Liqasının 26-cı turunun “Real”la ev oyunu “Barselona” üçün əlamətdar olub. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi “el klasiko”lar tarixində 100-cü qələbəsinə sevinib.
Madrid klubu “Barselona”ya 101 dəfə qalib gəlib. 52 matçda isə heç-heçə qeydə alınıb. Qolların nisbətində isə “Barselona”nın üstünlüyü var - 425:420.
Meydan sahiblərinin müdafiəçisi Ronald Arauxonun öz qapısından keçirdiyi top isə 21-ci əsrdə iki komanda arasında baş tutmuş matçlarda ilk avtoqol kimi tarixə düşüb.
Xatırladaq ki, "Barselona" - "Real” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb