Krkiç karyerasını başa vurdu

  • 23 Mart 2023 22:11
  • 43

"Barselona”nın keçmiş futbolçusu Boyan Krkiç karyerasını bitirib. Corner.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
32 yaşlı futbolçu son olaraq Yaponiyada “Vissel Kobe”nin uğurları üçün çalışıb.
 
“Barselona”nın yetirməsi olan Krkiç 2011-ci ilə qədər bu klubun uğurları üçün çalışıb. Daha sonra o, “Roma”, “Milan”, “Ayaks”, “Stok Siti”, “Maynts”, “Alaves”, “Monreal” kimi komandalarda oynayıb. 2021-ci ilin avqustundan isə o, “Vissel Kobe”də çıxış edirdi.