Barselona'da növbəti itki

  • 24 Mart 2023 20:02
  • 54

"Barselona"nın müdafiəçisi Andreas Kristensen milli komandanın düşərgəsində zədələnib. 
 
Corner.az xəbər verir ki, danimarkalı oyunçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ötən gecə baş tutan Finlandiya ilə oyunda (3:1) sıradan çıxıb.
 
26 yaşlı futbolçuya sol baldır əzələsinin yırtığı diaqnozu qoyulduğu iddia edilir. Onun sağalması üçün ən azı 3-4 həftə vaxt lazımdır. Futbolçu bu gün "Barselona"nın düşərgəsinə qayıdacaq və bundan sonra onun diaqnozu dəqiqləşəcək. Danimarkalı İspaniya kubokunun yarımfinalında “Real”a qarşı keçirəcəkləri cavab oyununda kataloniyalılara kömək edə bilməyəcək. Həimin oyun aprelin 5-də baş tutacaq.
 
Xatırladaq ki, “Barselona”da Ronald Arauxo, Frenki De Yonq və Usman Dembele də zədədən əziyyət çəkir.