İbrahimoviç futbol agenti olur?

  • 25 Mart 2020 23:29
  • 44

Bu mövsümün sonu karyerasını başa vuracağı iddia edilən "Milan"ın hücumçusu Zlatan İbrahimoviç futbol agenti olmaq istəyir.

Corner.az  xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.Məlumatda bildirilir ki, məşqçi peşəsi 38 yaşlı futbolçunu cəlb etmir.

Qeyd edək ki, İbrahimoviçin Milanla yayda başa çatacaq müqavilənin müddətini uzatmaq istəmədiyi bildirilir.