Ronaldo Qızıl buts şansını itirdi

  • 1 Avqust 2020 17:43
  • 56

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu gün A seriasının son- 38-ci turunda "Roma" ilə matçın iştirak ərizəsinə daxil edilməyib.

Corner.az xəbər verir ki, portuqaliyalı ulduz bununla da "Qızıl buts" qazanmaq şansını itirib. Belə ki, 35 yaşlı hücumçunun aktivində 31 qol var. Hazırda turnirin bombardiri olan "Latsio"nun oyunçusu Siro İmmobilin bu mövsüm 35, "Bavariya"nın hücumçusu Robert Levandovskinin isə 34 qol vurub. Buna görə də Ronaldo matçda iştirak etməməklə qol sayını artırmaq və "Qızıl buts" qazanmağa namizəd olmaq şansını itirib.

Qeyd edək ki, "Yuventus" - "Roma" matçı saat 22:45-də başlayacaq.(qol)


SON YÜKLƏNƏNLƏR

Olimpiyakos'dan Liverpul'a

10 Avqust 2020 23:54

Prosineçki'nin yeni klubu

10 Avqust 2020 23:51

Azərbaycanlı futbolçu iki həftə komandasına kömək edə bilməyəcək

DAVAMI