Roma'da ciddi itki

  • 15 Sentyabr 2020 02:07
  • 22

"Roma” ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Dieqo Perotti sıradan çıxıb.
 
32 yaşlı futbolçu komandasının “Kalyari”yə qarşı keçirdiyi yoxlama oyununda (2:2) zədələnib.
 
Artıq ətraflı həkim müayinəsindən keçən argentinalı futbolçunun azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Qeyd edək ki, Perotti 2016-cı ildən “Roma”da çıxış edir.

SON YÜKLƏNƏNLƏR

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI