Yuventus Dibala'nı itirdi

- 11 Yanvar 2021 20:45
- 42
İtaliya A seriyasının 17-ci turunda "Sassuolo" ilə matçda (3:1) sıradan çıxan "Yuventus"un futbolçusu Paulo Dibalanın son durumu müəyyənləşib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sol diz bağında zədə aşkarlanıb. Argentinalı futbolçunun bərpa müddətinin təxminən 15-20 gün çəkəcəyi bildirilib.
Beləliklə, Dibala ölkə çempionatında "İnter" , "Cenoa" və İtaliya Superkubokunun finalında "Napoli" ilə görüşləri buraxacaq.