İtaliya klubu tanınmış baş məşqçini qovdu

  • 22 Fevral 2021 15:01
  • 23

"Kalyari" klubu baş məşqçisi Eusebio Di Françesko ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib.

İtaliyalı baş məşqçinin köməkçiləri də istefaya göndərilib. Di Françeskonu bu postda Leonardo Sempliçinin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Kalyari" A Seriyasında 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.


SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI