İnzaqinin həyat yoldaşı xəstəxanaya yerləşdirildi – koronavirusa görə

  • 11 Aprel 2021 13:29
  • 55

İtaliyanın “Latsio” komandasının baş məşqçisi Simone İnzaqi və ailəsinin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Corner.az xəbər verir ki, İnzaqinin həyat yoldaşı Qaya Lukaryellonun səhhəti pisləşib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, nəfəs almaqda çətinlik yaşayan Lukaryellonun Romadakı xəstəxanaların birinə yerləşdirildiyi vurğulanıb.

İnzaqinin özünün səhhəti yaxşıdır.