Kakadan sonra…

  • 11 Aprel 2021 15:32
  • 59

“Milan” İtaliya A Seriyasının 30-cu turunda “Parma”ya qalib gəlib.

Corner.az “Opta Paolo”ya istinadən xəbər verir ki, 3:1 hesabıyla bitən matçda qol vuran “Milan”lı Frank Kessye yeni uğura imza atıb. Belə ki, 24 yaşlı futbolçu 2008/09 mövsümündən sonra A Seriyasında ilk 30 oyuna 10 qol vuran ilk yarımmüdafiəçi olub. Bundan əvvəl bunu bacaran Kaka olmuşdu. Braziliya millisinin sabiq yarımmüdafiəçisi 2008/09 mövsümündə A Seriyasının ilk 30 matçında 10 qol vurmuşdu.

Kessye bu mövsüm “Milan”la ümumilikdə 42 oyunda iştirak edib və 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.